“Barselona”nın hücumçusu Robert Levandovskinin mövsüm sonunda klubdan ayrılması gözlənilir.
İdmanxeber.az xəbər verir ki, 37 yaşlı forvardın müqaviləsinin uzadılması ilə bağlı plan yoxdur.
Kataloniyalılar artıq yeni mərkəz hücumçusu axtarışına başlayıb. Klubun hədəf siyahısında Harri Keyn və Seru Girassi yer alır.

