“Liverpul” “Kristal Pelas”ın gənc yarımmüdafiəçisi Adam Vartonu heyətinə qatmaq niyyətindədir.
İdmanxeber.az xəbər verir ki, Mersisayd klubu 21 yaşlı futbolçunun transferi üçün 50 milyon avro ödəməyə hazırdır.
Vartonun xidmətində “Liverpul”la yanaşı, “Çelsi”, “Mançester Siti”, “Arsenal”, “Real Madrid” və “Mançester Yunayted” də maraqlıdır.
Qeyd edək ki, A.Varton cari mövsümdə bütün turnirlər daxil olmaqla 10 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

