07 İyun 2026
Dünya futbolu

Fransanın ulduz futbolçusu Mbappe Azərbaycanla görüşdə zədələndi

Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə oyunda zədə alıb. Futbolçuya ayaq biləyi zədəsi diaqnozu qoyulub.

İdmanxeber.az xəbər verir ki, Fransa Futbol Federasiyası bu barədə rəsmi açıqlama yayıb. Məlumata görə, “Real Madrid”in hücumçusu oktyabrın 13-də keçiriləcək İslandiya ilə qarşılaşmada iştirak etməyəcək. Mbappe zədəsini bərpa etmək üçün Madridə qayıdacaq.

Xatırladaq ki, Fransa millisi həmin görüşdə Azərbaycan yığmasını 3:0 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43