04 İyun 2026
Dünya futbolu

“Liverpul” Bundesliqadan oyunçu alır

“Leyptsiq”in yarımmüdafiəçisi Xavi Simons karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı niderlandlı ilə “Liverpul” və “Mançester Yunayted” maraqlanır. Alman klubu futbolçu ilə 81 milyon avro qarşılığında yolları ayırmağa hazırdır.

Bu mövsüm Simons 29 oyun keçirib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43