04 İyun 2026
Ölkə futbolu

Macarıstan klubu “Qarabağ” önündə favoritdir

Bu gün “Qarabağ” Çempionlar Liqasında pley-off mərhələsində ilk oyununa çıxacaq. 

İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisi “Ferensvaroş”la qarşılaşacaq. Qarşılaşma öncəsi matçın favoriti açıqlanıb. Görüşdə ev sahibi komandanın qələbəsinə 1,93, təmsilçimizin qalibiyyətinə isə 4,03 əmsal təyin edilib.

Oyunun heç-heçə bitmə ehtimalına isə 3,65 əmsal verilir.

Qarşılaşma bu gün saat 23:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43