05 İyun 2026
Ölkə futbolu

Mahir Emreli komandadan ayrlılıb

Millimizin hücumçusu Mahir Emreli “Nürnberq”də fərdi şəkildə məşqlərini davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı hücumçunun əzələsində problem olduğu üçün komanda ilə hazırlıqlara qoşula bilimir.  O, “Köln”lə ötən həftə keçirilən matçın fasiləsində əvəzlənmişdi.

Emrelinin mayın 18-si “Ayntraxt”a (Braunşveyq) qarşı səfər matçında iştirak edib-etməyəcəyi hələ müəyyənləşməyib.

Xatırladaq ki, Almanya klubu daha öncə Mahirinin mövsüm sonu klubdan ayrılacağını açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43