Dünyadan

Mahir Emrelinin zədəsi ciddidi – Baş məşqçi açıqladı

Millimizin futbolçusu Mahir Emrelinin zədəsi ciddidi.

İdmanxeber.az-ın məlumatına görə, Xorvatiyanın “Dinamo” klubunda çıxış edən 26 yaşlı hücumçu  Sloveniyanın “Roqaşka” kollektivi ilə keçirdiyi hazırlıq matçında (1:0) sıradan çıxıb.

“Dinamo”nun baş məşqçisi Sergey Yakiroviç millimizin üzvünün zədəsinin ciddi olduğunu bildirib. Onun sözlərinə görə, Mahir uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Mahir Emrelinin durumu ilə bağlı detallı məlumat tibbi müayinədən sonra bəlli olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43