Dünya futbolu

“Mançester Yunayted” “Real”ı da məğlub etdi – VİDEO

Beynəlxalq Çempionlar kuboku turnirində növbəti oyun keçirilib.

İdmanxeber.com-un məlumatına görə, ABŞ-da “Real” və  “Mançester Yunayted”lə üz-üzə gəlib.

Gələn ay UEFA Superkubokunda rəqib olacaq komandaların ABŞ-dakı duelinin əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında ümumilikdə 10 zərbədən cəmi 3-ü dəqiq olub. Yekunda “Mançester Yunayted” 2 dəqiq penalti zərbəsi sayəsində qələbə qazanıb.

“Real” – “Mançester Yunayted” – 1:1 ( penaltilər seriyası – 1:2)

Qollar: Linqard, 45+1 (0:1), Kasemiro, 69-pen (1:1)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43