Ölkə futbolu

Rəşad Sadiqov “Zirə”dən qovuldu – RƏSMİ

“Zirə” klubunda gözlənilməz ayrılıq baş verib.

İdmanxeber.com-un klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, yarımmüdafiəçi Rəşad Sadiqov komandadan kənarlaşdırılıb.

Bildirilir ki, baş məşqçi Ayxan Abbasov bu barədə rəhbərliyə təqdimat ünvanlayıb. Nəticədə futbolçu intizamsız davranışına görə komandadan xaric edilib.

Xatırladaq ki, 34 yaşlı futbolçu yeni komandasının heyətində cəmi 4 oyun keçirib. Bu matçların hamısı Avropa Liqasının təsnifat mərhələləri oyunlarına təsadüf edib.

Qeyd edək ki, Rəşad Sadiqov “Zirə”yə bu yay “Qəbələ”dən keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43