“Mançester Yunayted”in hücumameyilli yarımmüdafiəçisi Alexandro Qarnaço komandadan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Çelsi” argentinalı futbolçu ilə maraqlanır. Artıq tərəflər arasında ilkin danışıq baş tutub.
21 yaşlı vinger son mövsümdə 58 oyun keçirib, 11 qol vurub və 10 məhsuldar ötürmə edib.

