Dünya futbolu

Maradona: “Messi heç vaxt bir lider olmayacaq”

Futbol dünyasının yaşayan əfsanələrindən olan Dieqo Maradona Messi ilə bağlı diqqət çəkən açıqlamalar edib. Maradona “Barsa”nın superulduzunun heç vaxt bir lider ola bilməyəcəyini bildirib:

“Messini bütün qəlbimlə sevirəm. O, əsl fenomendir. Hamı ondan lider olmasını gözləyir. Lakin Messi heç vaxt bir lider olmayacaq. Açığı, Messinin bir barbar olduğunu düşünürəm. Digərləri isə bərbaddır”

Maradona hazırda Meksikanın “Dorados de Sinaloa” komandasının baş məşqçisidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43