Dünya futbolu

Marselo “Qarabağ”ı gözləyir

UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”la qarşılaşacaq “Olimpiakos” yeni transferi Marselonun xidmətindən yararlana biləcək.

İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçinin Pirey təmsilçisindəki debütü məhz avrokubok matçına təsadüf edəcək.

Baş məşqçi Miçel Qonsales braziliyalı futbolçuya ikinci hissədə şans verməyi planlaşdırır.

Marselonun oktyabrın 2-də “Atromitos”a qarşı Yunanıstan Super Liqasının 6-cı tur matçında meydana çıxacağı gözlənilmir.

Oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” matç saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43