Kateqoriyasız

Regekampf “Neftçi”dən ayrılır?

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniya millisini çalışdıra bilər.

Idmanxeber.az xəbər verir ki, 47 yaşlı mütəxəssis Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burleanunun namizədləri siyahısındadır.

Yığmanın hazırkı baş məşqçisi Edvard Yordanesku istefaya göndərilsə, komanda 5 mütəxəssisdən birinə tapşırılacaq. Namizədlər George Haci, Viktor Pitsurka, Kosmin Olariu və Dan Petresku və Regekampfdır.

Mövsümün əvvəlindən “Neftçi”ni çalışdıran mütəxəssisin klubla müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43