Misli Premyer Liqasının XI turunda “Sumqayıt” səfərdə “Qəbələ” ilə üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, qonaqlarda uzun müddətə sıradan çıxan Ayxan Süleymanlıdan başqa zədəli futbolçu yoxdur. Aleksa Yankoviç ötən tur “Araz-Naxçıvan”la oyunda 4-cü sarı vərəqəni alaraq cəzalı duruma düşdüyü üçün “Qəbələ”yə qarşı oynamayacaq.
Ev sahibində isə cəmi bir itki var. Eduardo Kunde zədə səbəbindən meydana çıxa bilməyəcək.
Xatırladaq ki, “Qəbələ” – “Sumqayıt” matçı saat 16:44-də start götürəcək.

