04 İyul 2026
Ölkə futbolu

Matça doğru: “Neftçi”də bir, rəqibində üç itki var 

Misli Premyer Liqasının VI turunda “Neftçi” doğma meydanda “Karvan Yevlax”la üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, iki komandada görüşə itkilərlə çıxacaq. Yevlax təmsilçisində qapıçı Pedro Mateuş, Coy Sleyd Mikels və Araz Abdullayev zədə səbəbindən “Neftçi”yə qarşı oynaya bilməyəcəklər.

“Ağ-qaralar”da isə “Turan Tovuz”la matçda qırmızı vərəqə aldığına görə üç oyunluq cəzalandırılan müdafiəçi İqor Ribeyro “KarvanYevlax”a qarşı oynamayacaq. Hazırda komandada zədəli futbolçu yoxdur”.

Qeyd edək ki, bu gün “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Karvan-Yevlax” matçının start fiti 19:00-da səsləndiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43