“Barselona”nın gənc hücumçusu Lamin Yamal zədəsini sağaldaraq yenidən məşqlərə qoşulub.
İdmanxeber.az xəbər verir ki, 18 yaşlı futbolçu bu barədə şəxsi sosial şəbəkə hesabında məlumat paylaşıb.
Xatırladaq ki, Yamal avqustun 23-də La Liqada “Levante” ilə görüşdə qasıq nahiyəsindən aldığı zədəyə görə yaşıl meydanlardan kənarda qalmışdı.
O, cari mövsümdə La Liqada üç oyunda çıxış edərək 2 qol və 2 assistlə yadda qalıb.

