Misli Premyer Liqasının VII turunda “Qarabağ” “Kəpəz”lə üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, görüş öncəsi iki komandada da itkilər var. Ağdam təmsilçisində zədəli olan Joni Montiel və Marko Yankoviç meydana çıxa bilməyəcək. Futbolçular hazırda bərpa prosesindədir və fərdi şəkildə məşq edirlər.
“Kəpəz”də isə yalnız Adama Fofana yoxdur. Futbolçu zədə səbəbindən meydana çıxa bilməyəcək.
Qarşılaşma saat 17:00-da start götürəcək.

