22 İyun 2026
Ölkə futbolu

Matça doğru: “Zirə”də iki itki, “Turan Tovuz”da üzlər gülür 

Azərbaycan Premyer Liqasının XXI turunda “Turan Tovuz” “Zirə”ni qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, qəsəbə təmsilçisi matça iki itki ilə çıxacaq. İssa Cibrila və Brahim Konate zədə səbəbindən meydana çıxa bilməyəcəklər.

“Turan Tovuz”da isə üzlər gülür. Komandada cəzalı və ya zədəli oyunçu yoxdur. 

“Turan Tovuz” – “Zirə” görüşü bu gün saat 17:00-da start götürəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43