Ölkə futbolu

“Mil-Muğan”a Ramin Musayev nəzarət edəcək

Növbəti mövsümün püşkatma mərasimindən sonra sualları cavablandıran PFL-in prezidenti Ramin Musayev jurnalistlərə açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, o, 1-ci divizionda “Mil-Muğan”a rəhbərlik edəcəyini bildirib:

“Gələn ildən Premyer Liqada “Mil-Muğan” da iştirak edəcək. Bu komandaya özüm nəzarət edəcəm. Baş məşqçi postuna böyük güman ki, Aqil Məmmədov gətiriləcək. Əgər hər şey qaydasında olsa, İmişli təmsilçisi elit diviziyada mübarizə aparacaq. Qoy görsünlər ki, necə komanda saxlamaq lazımdır. İmişlidə camaat futbolu sevir. Bu komandanın məqsədi milliyə futbolçu yetişdirmək olacaq. Əgər klub milli komandaya ən azından 2 futbolçu verəcə biləcəksə bu mənə kifayətdir. Sonra nə istəyirlər yazsınlar. Lap yazsınlar ki, “Mil-Muğan” Raminindir”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43