07 İyun 2026
Dünya futbolu

“Milan” gənc hücumçu ilə güclənir

“Milan” hücum xəttini gənc forvardla gücləndirməyi planlaşdırır.

İdmanxeber.az xəbər verir ki, klub “Anje”nin 18 yaşlı hücumçusu Sidiki Şeriflə maraqlanır. “Milan” skautları mövsümün əvvəlindən futbolçunu izləyir və onu perspektivli transfer kimi dəyərləndirirlər.

Şerifin klubla müqaviləsi 2028-ci ilin iyununa qədərdir. O, bu mövsüm Fransa Liqasında 14 oyunda 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43