24 İyun 2026
Dünya futbolu

“Milan”ın qapıçısı Premyer Liqaya keçir

Fransa millisinin və “Milan”ın qapıçısı Mayk Menyan Premyer Liqaya yollana bilər.

İdmanxeber.az  xəbər verir ki, 30 yaşlı qolkiperlə “Mançester Yunayted” və “Çelsi” maraqlanır. London klubu yayda onun transferini reallaşdıra bilməyib.

Menyanın “Milan”la müqaviləsi 2026-cı ilə qədərdir, dəyəri isə 25 milyon avro göstərilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43