07 İyun 2026
Ölkə futbolu

Milli üzvü fikirləşir – “Sabah”dan vaxt istədi

Millimizin futbolçusu Bəxtiyar Həsənəlizadənin “Sabah”la müqaviləsi başa çatıb.

İdmanxeber.az-a daxil olan məlumata görə, ölkəmizi ilk dəfə avrokuboklarda təmsil edəcək Masazır təmsilçisi təcrübəli müdafiəçini komandada saxlamaq niyyətindədi. Klub futbolçuya yeni müqavilə təklif edib. 

Hazırda bir neçə yerli klubun maraq dairəsində olan Həsənəlizadə fikirləsmək üçün vaxt istəyib. Futbolçu qarşı tərəfə qısa zamanda qərarını açıqlayacağını bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43