07 İyun 2026
Dünya futbolu

İtaliya klubu rusiyalı oyunçunu istəmir

“Latsio”nun idman direktoru Ancelo Fabiani “Spartak”ın müdafiəçisi Danilu Xluseviçlə maraqlanması ilə bağlı xəbərlərə münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, Roma təmsilçisinin oyunçunu icarəyə götürmək istədiyi bildirilirdi. Ancaq klub rəsmisi  “Xluseviçlə maraqlanmırıq” deyərək, iddiaları təkzib edib.

Ötən mövsüm 22 yaşlı futbolçu “Spartak”ın heyətində 35 oyun keçirib və 4 məhsuldar ötürmə verib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43