“Neftçi”nin Rusiyanın Sankt-Peterburq şəhərində “MatÇ TV” turnirində iştirak edəcəyini xəbər vermişdik.
Paytaxt klubu sözügedən turnirdə iştirak etmək üçün artıq həmin şəhərdədir. Bakı təmsilçisi turnir çərçivəsində 3 oyun keçirəcək.
Komanda iyulun 1-də yerli “Zenit”, 8-də Serbiyanın “Srvena Zvezda”, 15-də isə Türkiyənin “Fənərbağça” klubu ilə qarşılaşacaq. Bəs, maraqlıdır oyunlar ölkəmizdə canlı yayımlanacaqmı?
Bu məsələyə aydınlıq gətirmək üçün “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq:
“Turnirə heç bir Azərbaycan kanalı maraq göstərməyib. Bununla bağlı bizlə əlaqəyə keçən yoxdur. Turnirin “Neftçi TV”də yayımlanıb-yayımlanmayacağına gəlincə, bununla bağlı da konkret nəsə demək olmur. Qarşı tərəflə danışıqlarımız davam etsə də, hələlik razıllığa gələ bilməmişik”.
Həsən Quluzadə

