Xuan Laporta Lionel Messinin “Barselona”ya keçməməsinə təəssüflənib.
İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri atasının və Leonun “Barsa”ya keçmək istədiyini bildirib. Ancaq o, bəzi səbəblərdən transferin alınmadığını açıqlayıb:
“Messi Barselona”ya qayıtmaq istəyirdi. Parisdə çox çətin dövrdən keçdi. Ancaq təəssüf ki, alınmadı. Atası dedi ki, Messiyə təzyiq göstərmək istəmir. O, “İnter Mayami”də uğur qazansa da, “Barselona” həmişə onun evi olacaq”.

