07 İyun 2026
Ölkə futbolu

“Şamaxı” “Turan Tovuz”un oyunçusunu istəyir

Növbəti mövsüm I Divizionda çıxış edəcək “Şamaxı” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi “Turan Tovuz”da çıxış edən Famil Camalovla maraqlanır. Tərəflər arasında danışıqlar davam edir.

25 yaşlı yarımmüdafiəçi ötən mövsüm Premyer Liqada 2 oyunda iştirak edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43