Milli komanda

Millimiz AVRO-2016-da ilk qələbəsini qazandı – YENİLƏNİB

Bu gün AVRO-2016-nın seçmə mərhələsinin H qrupunda V turun oyunları keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan milli komandası da 2015-ci ildə ilk rəsmi matçına çıxacaq. 

Yığmamız Tofiq Bəhrəmov adına Respublika stadionunda Malta ilə qarşılaşacaq.

Prosineçkinin rəhbərlik etdiyi komanda Maltanı məğlub etməyə borcludu. Hər halda 4 oyunda 0 xala malik millimiz Maltanı yenməklə həm ilk xalını qazanmış olacaq, həm də qrup sonunculuğundan qurtulacaq. 

28 mart

AVRO-2016-nın seçmə mərhələsi

H qrupu

21:00. Azərbaycan – Malta 2:0

Qol: Cavid Hüseynov, 3, Nazarov, 90+1

Hakimlər: Halis Özkahya, Cem Satman, Ekrem Kan

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43