İdman

Millimizdə yeni baş məşqçi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi bəlli olub.

İdmanxeber.az-ın məlumatın görə, yığma türkiyəli mütəxəssis Ataman Güneyligilə tapşırılıb.

Bununla əlaqədar mayın 16-da saat 12:00-da Voleybol Mərkəzində Ataman Güneyligilin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Ataman Güneyligil 2015-2023-cü illərdə Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi olub. 41 yaşlı mütəxəssis ölkəsində U-20 və U-23 yığmalarına da rəhbərlik edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43