Dünya futbolu

Qavi “Barselona” ilə bağlı qərarını verdi

“Barselona”nın gənc ulduzu Pablo Qavi gələcəyi ilə bağlı qərarını verib.

İdmanxeber.az-ın məlumatına görə, maliyyə feyr-pley qaydaları səbəbindən yenilənən müqaviləsi təsdiqlənməyən oyunçu klubdan ayrılmaq istəmir.

“Barca TV”yə danışan Qavi xəyallarının komandasında olduğunu bildirib. O, uzun illər “Barselona”da oynamaq istədiyini açıqlayıb.

Xatırladaq ki, 18 yaşlı Kataloniya təmsilçisi ilə sözləşmə uzatsa da, klubun yaşadığı maliyyə prorblemlərinə görə La Liqa müqaviləni təsdiqləmir.

Bu səbəbdən də 18 yaşlı futbolçunun mövsüm sonu komandadan təzminatsız ayrılma ehtimal var. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43