10 İyul 2026
Ölkə futbolu

Millimizin futbolçusu Abbasovun yanına getdi 

Transfer çalışmalarını davam etdirən “Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-a verilən məlumata görə, əyalət təmsilçisi “Sumqayıt”ın oyunçusu Sənan Muradlı ilə anlaşıb. Ayxan Abbasovun bəyəndiyi oyunçu növbəti mövsüm “şirlər”in formasına geyinəcək.

19 yaşlı müdafiəçi icarə əsasında Şamaxı klubuna keçib.

Gənc müdafiəçi “Sumqayıt” forması ilə bu günə qədər 9 Premyer Liqa, iki Azərbaycan Kuboku oyununda meydana çıxıb.

Muradlı eyni zamanda U-21 millimizin də üzvüdür.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43