07 İyun 2026
İdman

Millimizin qapıçısı Qazaxıstan klubu ilə müqavilə uzatdı

Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Rövşən Hüseynli Qazaxıstanın “Atırau” klubu ilə müqaviləsinin müddətini uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə 32 yaşlı qolkiper özünün feysbuk səhifəsində paylaşım edib.

Təcrübəli oyunçu daha bir il bu komandanın formasını geyinəcəyini yazıb.

Qeyd edək ki, Rövşən Hüseynli ötən mövsümün ikinci yarısını da “Atırau”da keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43