Kateqoriyasız

Millinin futbolçusu “Qarabağ”a qarşı oynaya biləcək

“Olimpiakos”un futbolçusu Şime Vrsalko Bakıda “Qarabağ”a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda iştirak edə biləcək.

İdmanxeber.az-ın məlumatına görə, xəstəliyi sağalan 30 yaşlı müdafiəçi heyətə qayıdıb.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” – “Olimpiakos” matçı saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43