Kateqoriyasız

DÇ-2024: Azərbaycan Yunanıstana qarşı

Bu gün futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün seçmə mərhələsinin 6-cı qrupunda ikinci oyununa çıxacaq.

İdmanxeber.az xəbər verir ki, Joze Alesionun rəhbərlik etdiyi kollektiv Yunanıstanla üz-üzə gələcək.

Afinada keçiriləcək matç 19:00-da start götürəcək. Millimiz qrupdakı ilk görüşündə Polşaya 4:3 qalib gəlmişdi.

19:00 Yunanıstan – Azərbaycan

Afina, “Teodoros Putos” idman zalı
Hakimlər: Ademir Avdiç, David Qlavonçiç, Corc Janzisan (hamısı İsveç)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43