04 İyun 2026
Dünya futbolu

Muslera gedir, yerinə Penya gəlir

“Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Barselona”dan İnaki Penya ilə maraqlanır. Rəhbərlik təcrübəli qapıçını Fernando Musleraya alternativ kimi görür. Tərəflər arasında danışıqlar yayda start götürəcək.

Xatırladaq ki, Musleranın “Qalatasaray”la müqaviləsi yayda başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43