10 İyul 2026
Dünya futbolu

MY və “Liverpul” onunla maraqlanır

“Mançester Siti” və “Liverpul” növbəti yay transfer pəncərəsi üçün Nayef Aquerdlə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı müdafiəçi ötən yay 30 milyon funt sterlinqə “Renn”dən “Vest Hem”ə keçib. O, London klubuna 33 oyuna çıxıb və 3 qol vurub.

Aquerd Mərakeş millisində isə 34 oyunda meydanda olub və 1 dəfə fərqlənməyi bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43