Rafael Nadal Dohadakı turnirdə iştirak etməyəcək.
İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı tennisçi bu barədə sosial şəbəkə hesablarından məlumat verib.
Qeyd edək ki, Avstraliyada mövsümün əvvəlində çıxışından sonra əzələsini dartan Nadalın Qətərin paytaxtında ilk yarışı olmalıydı. Lakin tennisçi hazır olmadığını əsas gətirərək mübarizəyə qatılmayıb.
O, İndian-Vels turnirində yenidən korta dönməyi planlaşdırır. Bundan başqa Nadalın Las-Veqasda Karlos Alkarasla şou xarakterli görüşü də olmalıdır.

