“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Avropa Liqasının pley-off mərhələsində “Braqa”ya qarşı keçiriləcək matçla bağlı fikirlərini bildirib.
İdmanxeber.az məlumat verir ki, “O Jogo”ya danışan Ağdam klubunun braziliyalı yarımmüdafiəçisi Portuqaliya klubunun heyətindəki oyunçular barədə də fikirlərini söyləyib:
“Portuqaliyaya gələndə “Braqa”ya rəğbət bəsləməyə başladım. Onların “Benfika”nı məğlub edərək Avropa Liqasının finalına yüksəldikləri super komanda var idi. “Braqa” “Qarabağ”ın analoqudur, sadəcə, oradakı futbolçuların maaşı bizdən yüksəkdir.Onlar çox stabildirlər, komandanın fəlsəfəsinə uyğun gələn çox yaxşı oyunçuları cəlb edirlər. Yaxşı oyunçuları olan keyfiyyətli komanda görürəm. “Braqa” oyunçuları arasında seçim edim? Bunlar Alvaro Calo, Rikardo Horta, Bernardo Fontes, Mateus, Simon Banzadır. Mən həmçinin böyük potensiala malik Viktor Karvalyonu çox bəyənirəm. Bugünkü matça gəlincə, mən yaxşı oyun proqnozlaşdırıram və ümid edirəm ki, növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını göstərəcəyik”.

