07 İyun 2026
Dünya futbolu

“Napoli” Osimhenlə müqavilə yeniləyəcək

“Napoli”nin hücumçusu Viktor Osimhenin müqaviləsini uzatmağa yaxındır.

İdmaxeber.az-ın məlumatına görə, tərəflər futbolçunun maaşı və təzminat məbləğinin artırılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda, hücumçunu almaqda maraqlı olan klubların heç biri “Napoli”yə 120 milyon avro təklif etməyə hazır deyil.

24 yaşlı Osimhen ötən mövsüm “Napoli”nin heyətində bütün turnirlərdə 39 oyuna çıxıb, 31 qol vurub və 5 məhsuldar ötürmə verib. O, ötən mövsüm A Seriyasının bombardiri olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43