Kateqoriyasız

“Neftçi” – “Aris” matçının biletləri satışda

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Aris” (Limassol) oyununun biletləri “Bakcell Arena” stadionunun kassalarında satışa çıxarılıb.

İdmanxeber.az xəbər verir ki, biletlərin qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3B) və 10 (VİP, 3A) AZN təşkil edir. Biletlərin onlayn satışı isə “Iticket.az”da davam edir.

İyulun 28-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Aris” oyunu saat 21:00-da başlanacaq. Komandalar arasındakı ilk oyunda Kipr təmsilçisi 2:0 hesablı qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43