“Neftçi” rusiyalı futbolçu Reziuan Mirzovun keçidini rəsmiləşdirib.
İdmanxeber.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Hələlik 30 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
“Neftçi” Mirzovun karyerasında ilk əcnəbi klubdur. Nalçik “Spartak”ının yetirməsi olan futbolçu Moskvanın “Torpedo”, Tulanın “Arsenal”, Moskvanın “Spartak” və “Ximki” kimi klublarda oynayıb.

