“Palms Sports Arena”da keçiriləcək görüşdə Ağdam təmsilçisinin azarkeşləri üçün “Qərb 2” sektoru ayrılacaq. Onlar biletlərini oyun günü – aprelin 26-sı saat 12.00-dan etibarən stadionun “Qarabağ” azarkeşləri üçün xüsusi ayrılmış kassasından əldə edə bilərlər.
Təhlükəsizlik məqsədi ilə arenanın “Neftçi” azarkeşləri üçün nəzərdə tutulan sektorlarına “Qarabağ” klubunun formasını, şarfını və ya digər rəmzlərini daşıyan azarkeşlərin buraxılmasının qarşısı alınacaq.
“Neftçi” olaraq azarkeşlərin təhlükəsizliyi və oyunun insidentsiz keçməsi üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inanırıq.

