Kateqoriyasız

“Neftçi” azarkeşlərinin “səbr kasası” daşdı: Quliyevi istefaya səslədilər

Hazırda davam edən “Qarabağ” – “Neftçi” matçında ev sahibi komanda 2:0 irəlidədi.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu ikinci qolu vurduqdan sonra “ağ-qara”lı azarkeşlər “Neftçi” rəhbərliyini istefaya səsləyiblər. Onlar daha sonra klub prezidenti Kamran Quliyevin istefasını tələb ediblər.

Qeyd edək ki, “Neftçi”nin “Forza Neftçi” azad azarkeş qrupu klub rəhbərliyinin rüsvayçı idarəetməsindən şikayətlənərək, komandanın oyunlarını boykot edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43