Kateqoriyasız

“Qarabağ” “Neftçi”ni, “Keşlə” “Səbail”i qonaq edir – Yenilənir

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulacaq.

İdmanxeber.az-ın məlumatına görə, son oyun günündə iki görüş keçiriləcək.

Günün ilk oyunu “ASK Arena”da olacaq. Burada “Keşlə” “Səbail”i qəbul edəcək.

Turun mərkəzi qarşılaşmasında isə “Qarabağ” əzəli rəqibi “Neftçi” ilə qarşılaşacaq. Ağdam klubu “ağ-qaralar”ı “Tofiq Bəhramov”da qəbul edəcək. Bu görüşdə “köhlən atlar” qələbə qazansa çempionluq yolunda paytaxt klubunu xeyli qabağlayacaq.

 

15 sentyabr (bazar)

20:30. “Qarabağ” – “Neftçi” – 2:0
Qol:
 Mahir Emreli, 31, Abdullah Zubir, 69
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

18:00. “Keşlə” – “Səbail” – 1:2
Qol:
 Mirabdulla Abbasov, 18 (0:1), 31-pen. (0:2), Lorenzo Frutos, 54 (1:2)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
“Bakcell Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43