“Neftçi” Viktor Qonçarenkonu baş məşqçi postuna namizəd kimi nəzərdən keçirir.
İdmanxeber.az-ın “Sport-Ekspress” nəşrinə istinadən verdiyi məlumata görə, “ağ-qaralar” ÇSKA-nın sabiq çalışdırıcısını gündəminə alıb.
48 yaşlı Qonçarenkonun son iş yeri “Pari NN” olub. Belarusiyalı mütəxəssis 2024-cü ilin oktyabrından 2025-ci ilin iyununadək “Nijni Novqorod” klubunu çalışdırıb.
Xatırladaq ki, “Neftçi” Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə keçirdiyi 13 oyundan sonra 16 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

