Misli Premyer Liqasının 35-ci turunda bu gün “Neftçi” “Səbail”lə münasibətlərə aydınlıq gətirəcək.
İdmanxeber.az-ın məlumatına görə, saat 17:00-da başlayacaq matç öncəsi hər iki tərəfdə ciddi itkilər var.
“Neftçi”nin heyətində Emil Səfərov, Rafael Quzzo, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən, Elvin Camalov isə cəzalı olduğu üçün bu görüşü buraxacaqlar.
Qonaqların heyətində cəzalı futbolçu olmasa da, zədəli – Cabir Əmirli və Ayman Boali “ağ-qaralar”la oyunda “dənizçilər”ə kömək edə bilməyəcək.

