“Sabah”ın U-12 komandası Türkiyədə “Rize Cup”da iştirak edəcək.
İdmanxeber.az-ın məlumatına görə, 8 komandanın iştirak edəcəyi turnirdə “Sabah”la yanaşı, Gürcüstanın “Dinamo” (Batumi), Türkiyənin “Fənərbağça”, “Gənclərbirliyi”, “Başakşehir”, “Rizespor”, “Qaziantep” və “Samsunspor” kollektivləri də var.
Mayın 29-da başlayacaq turnirə iyunun 1-də yekun vurulacaq.

