“Neftçi” Misli Premyer Liqasının V turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığını davam etdirir.
İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, “Zirə” ilə matçdan sonra iki günlük istirahətə buraxılan “ağ-qaralar” avqustun 29-da hazırlığa başlayıb. Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan növbəti məşqdə əsasən toplu çalışmalar yerinə yetirilib.
“Neftçi” – “Sumqayıt” oyunu sentyabrın 3-ü saat 20:30-da “Bakcell Arena”da keçiriləcək.

