Kateqoriyasız

“Neftçi” Superliqa klubu ilə qarşılaşacaq

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin ikinci yoxlama oyunundakı rəqibi bəlli olub.

İdmanxeber.az xəbər verir ki, Bakı təmsilçisi Türkiyə Superliqa təmsilçisi “Sivasspor”la qarşılaşacaq.

İyulun 11-də keçiriləcək matç Bakı vaxtı ilə 16:45-də start götürəcək.

Qeyd edək ki, “Neftçi” Boludakı ilk yoxlama matçında “Sakaryaspor”la 1:1 hesablı heç-heçə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43