04 İyun 2026
Ölkə futbolu

“Neftçi” “Turan Tovuz”la heç-heçə etdi – YENİLƏNİB 

Bu gün Misli Premyer Liqasında 26-cı tura yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, “Neftçi” öz meydanında “Turan Tovuz”la qarşılaşıb. Görüş heç-heçə sona çatıb – 1:1.

“Ağ-qaralar” hazırda 28 xalla 7-ci, “Turan Tovuz” isə 43 xalla 4-cü pillədə yer alıb.

10 mart

19:30. “Neftçi” – “Turan Tovuz” 1:1

Qollar: Bassala Sambu, 88 (1:0), Hayderson Hurtado, 90+5 (1:1)

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.

VAR: Rauf Cabarov.

AVAR: Akif Əmirəli.

“Neftçi Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43