Ölkə futbolu

“Neftçi” yenilgisi “Qəbələ”ni ayağa qaldırdı: Bir legioner göndərildi – ÖZƏL

Ölkə kubokunun finalında “Neftçi”yə məğlub olan “Qəbələ” bir futbolçusu ilə yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, əyalət klubunun braziliyalı futbolçusu Juior Assisin yayda bitəcək müqaviləsi yenilənməyəcək. 

Penaltilər seriyasında komandasının ilk qolunu vuran Assisin Azərbaycan karyerası da belıə yekunlaşdı.

Final matçında ikinci hissədə meydana daxil olan futbolçu bu gündən etibarən çemodanını yığaraq, vətəninə yollanacaq:

“Bu gün gözəl oyun oldu (red. dünən) Əsas vaxt 1-1 bitdi və azarkeşlər də möhtəşəm idi. Klubun tarixi ərzində rekord göstəriciyə\ imza atdıq. “Qəbələ” mənim hər zaman ürəyimdə olacaq. Azarkeşləri, rəhbərliyi, məşqçiləri hər zaman qəlbimdə saxlayacam. Hər birinizə təşəkkür edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43